20 
Noy
2022
15:48
37
452
8104
Virtual karabakh

Gorusun Xnatsax kəndi istiqamətində erməni postunda təxribat törədildi - VİDEO

20 Noy, 2022
15:48
8104

Gorusun Xnatsax kəndi istiqamətində erməni postunda təxribat törədildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni hərbçilərin təxribat törətmələrinin videogörüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, videogörüntülər Ermənistanın Sünik vilayətinin Azərbaycanla həmsərhəd ərazidə yerləşən Xnatsax kəndi yaxınlığındakı postda lentə alınıb.

Görüntülərdə içkili vəziyyətdə olan ermənilər nalayiq sözlər səsləndirməklə sanki Azərbaycan hərbçilərini təxribata sövq etməyə cəhd göstərir, onlara qarşı silah tətbiq edilməsinə çalışırlar. 

Videodan görünür ki, hərbi mövqelər arasında məsafə çox yaxındır. Bu vəziyyətdə yalnız Azərbaycan əsgərinin təmkinli davranışı hansısa  “zinvoru” o dünyaya göndərməkdən və növbəti dəfə erməni anasını gözüyaşlı qoymaqdan qurtarır.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri