28 
Noy
2022
10:48
12
482
8242
Virtual karabakh

Azərbaycan ordusunun hərbi qulluqçusu vəfat edib - FOTO/VİDEO

28 Noy, 2022
10:48
8242

Azərbaycan ordusunun hərbi qulluqçusu vəfat edib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə onun dayısı Vidadi Ordahallı məlumat paylaşıb. O qeyd edib ki, bacısı oğlu Nurəddin Mirzəzadə Kəlbəcərin Zar kəndində hərbi xidmətdə müəmmalı şəraitdə vəfat edib.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mirzəzadə Nurəddin Burhan oğlu ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri