11 
Mar
2015
10:44
158
13
4952
Virtual karabakh

Azərbaycan pilotları türk “Cougar”ının şturvalı arxasında – FOTO

11 Mar, 2015
10:44
4952

Azərbaycan pilotları türk “Cougar”ının şturvalı arxasında – FOTO

“TurAz Şahini 2015” təlimi aprelin 13-nə qədər davam edəcək.

Konyada (Türkiyə) Azərbaycan və Türkiyə hərbi-hava qüvvələrinin “Turaz Şahini 2015” adı altında (Türkiyə-Azərbaycan şahini – qısaldılmış TurAz) birgə təlimləri davam edir.  

Oxu.Az xəbər verir ki, təlimlər çərçivəsində Azərbaycan və türk pilotları hər iki ölkənin silahlı qüvvələrinin sərəncamında olan helikopterlərlə də tanış olublar.

Belə ki, azərbaycanlı pilotlar türk helikopteri “Eurocopter AS532 Cougar”ın sükanı arxasına keçiblər.

Türk pilotları öz növbəsində təlimdə iştirak edən Mi-17B Azərbaycan helikopterini sınaqdan keçiriblər.

Xatırladaq ki, “TurAz Şahini 2015” 13 aprelədək davam edəcək.

Təlimlər “Anatoliya şahinləri” hava məkanında keçirilir, onun dərinliyi 400, eni isə 300 km-dir. Bura Türkiyənin F-16, F-4E 2020, E-7T (HİK) qırıcıları, AS-532, UH-1H ВВС helikopterləri, eləcə də Azərbaycan HHQ-nin MiQ-29 və Su-25 təyyarələri, Mi-17 helikopteri cəlb edilib.  

Təlimlərdən çəkilən fotoları sizə təqdim edirik:

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri