30 
Noy
2022
09:58
20
567
6872
Virtual karabakh

Ermənilərdən növbəti vandallıq: Azərbaycanlılara məxsus qəbirləri təhqir edirlər - FOTO/VİDEO

30 Noy, 2022
09:58
6872

Ermənilərdən növbəti vandallıq: Azərbaycanlılara məxsus qəbirləri təhqir edirlər - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənilərin azərbaycanlılara məxsus qəbirləri dağıtdıqlarını əks etdirən yeni görüntülər yayılıb.

Sosial şəbəkələrdə paylaşılan vandallıq videosunun harada çəkildiyi məlum deyil, ancaq relyefinə görə Qarabağa oxşayır.

Videoda hərbi geyimdə olan ermənilərin azərbaycanlılara məxsus qəbirləri təhqir etmələri – başdaşılarını sındırmaları və qəbrin üstündə gəzmələri əks olunub.

Kadrlardakı ermənilərdən birinin gödəkçəsinin qolunda Rusiya Federasiyası Daxili Qoşunlarına (2016-cı ilədək mövcud olub – red.) məxsus şevron olduğu da görünür.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri