18 
Yan
2023
15:56
196
32
957
Virtual karabakh

Ravvin: “Xankəndi-Laçın yolu açıqdır, humanitar məqsədli avtomobillər sərbəst keçirlər” - VİDEO

18 Yan, 2023
15:56
957

Ravvin: “Xankəndi-Laçın yolu açıqdır, humanitar məqsədli avtomobillər sərbəst keçirlər” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan yəhudiləri vətənimizin sərvətlərinin talan olmasına qarşıdır”.

“Report” xəbər verir ki, bunu Bakı Gürcü Yəhudiləri Dini İcmasının sədri, Bakı Yəhudi Məktəbinin direktoru, ravvin Zamir İsayev deyib.

O, yanvarın 18-də azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolunda keçirdikləri aksiyanı izləyib.

“Mənim bura gəlməkdə məqsədim ekofəallarımızı dəstəkləməkdir. Azərbaycan yəhudiləri daim Azərbaycanın yanındadır. Hər bir Azərbaycan vətəndaşı kimi biz yəhudilər də vətənimizin sərvətlərinin talan olmasına qarşıyıq. Hazırda dayandığımız bu yolda Rusiya sülhməramlılarına məxsus humanitar məqsədli avtomobillər sərbəst olaraq, maneəsiz olaraq keçirlər”, - ravin söyləyib.

Z.İsayev əmindir ki, ekofəallar məqsədinə nail olacaq:

“Çünki bura Azərbaycan torpağıdır, bu sərvətlər Azərbaycanın sərvətləridir. Bunu heç kəs bizdən icazəsiz ölkədən çıxara, istismar edə bilməz. Burada çox sivil, sakit etiraz var. Təkcə bu gün yoldan içində sadə erməni vətəndaşları olan 10-dan çox avtomobil keçib”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri