26 
Yan
2023
18:00
189
35
1514
Virtual karabakh

Rusiya XİN: “Aİ-nin Ermənistandakı missiyası regionda sülh səylərinə xələl gətirə bilər”

26 Yan, 2023
18:00
1514

Rusiya XİN: “Aİ-nin Ermənistandakı missiyası regionda sülh səylərinə xələl gətirə bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avropa İttifaqının nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək, Rusiyanın vasitəçilik səylərini geri çəkmək cəhdləri ermənilərin və azərbaycanlıların regionun sülh yolu ilə inkişafına qayıtmaq səyləri kimi köklü maraqlarına zərbə vurmağa qadirdir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Avropa İttifaqının Ermənistana iki il müddətinə göndərməyə hazırlaşdığı yeni mülki missiyası ilə bağlı bəyanatında deyilir.

“Yanvarın 3-də Aİ Şurası iki il müddətinə Ermənistanda Avropa İttifaqının yeni mülki missiyasının yaradılması barədə qərar qəbul edib. Aİ-nin mövcudluğunun konkret parametrləri yaxın gələcəkdə müəyyən ediləcək. Amma onun ötən ilin oktyabrından dekabrına kimi Ermənistanda fəaliyyət göstərən Aİ-nin monitorinq mexanizmindən daha genişmiqyaslı olacağı artıq göz qabağındadır.

Rusiyanın Qafqaz regionunda qeyri-regional amilin konsolidasiyası ilə bağlı prinsipial mövqeyi dəyişməyib. Ermənistan-Azərbaycan sərhədində baş verənlərə Aİ “ekspert”lərinin nəzarətindən heç bir “əlavə dəyər” görmürük. Əgər Brüssel səmimi qəlbdən Qafqaz regionunda sülhün bərqərar olmasında maraqlı olsaydı, onlar öz missiya işi şərtlərini Azərbaycanla razılaşdırardılar.

Ermənistanın sərhədyanı rayonlarında ABŞ və NATO-nun əlavəsinə çevrilmiş, MDB məkanında qarşıdurma siyasəti yürüdən Avropa İttifaqı nümayəndələrinin peyda olması regiona yalnız geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri daha da gücləndirə bilər. Aİ missiyasının bəyan edilmiş mülki mahiyyəti də yanıldan olmamalıdır – bütün sonrakı nəticələri ilə birlikdə Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində formalaşır”.

Rusiya xarici siyasət qurumundan əmin olduqlarını bildiriblər ki, yaxın gələcək üçün regionda sabitlik və təhlükəsizliyin əsas amili Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatı əsasında yerləşdirilən Rusiya sülhməramlı kontingenti, eləcə də Ermənistan sərhədlərində xidmət edən rusiyalı sərhədçilərdir, onlar vəziyyətin “yerdə” inkişafını nəzərə alaraq Aİ müşahidəçilərinin davranışına reaksiya verəcəklər.

“Biz İrəvanda KTMT missiyası istiqamətində işi məntiqi sona çatdırmadan Aİ-nin xeyrinə seçim etməyi üstün tutduqlarını görürük. Əgər erməni müttəfiqləri KTMT-nin potensialından istifadə etməkdə maraqlı olsalar, onun missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər.

Əvvəl olduğu kimi, biz hesab edirik ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və ümumiyyətlə, regionda vəziyyətin yaxşılaşdırılması üçün ən sabit və uzunmüddətli əsas Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ciddi və ardıcıl icrası, o cümlədən bütün nəqliyyat və iqtisadi əlaqələrin açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin parametrlərinin razılaşdırılması, ictimaiyyət, ekspert dairələri və parlamentarilər arasında üçtərəfli əlaqələrin inkişafıdır. Rusiya Federasiyası buna hər cür kömək etməyə hazırdır”, - deyə Rusiya XİN-in bəyanatında bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri