31 
Yan
2023
13:29
114
9
1375
Virtual karabakh

ANAMA sədri azad edilmiş torpaqlarda minalardan təmizlənmiş ərazilərin sahəsini açıqlayıb - FOTO

31 Yan, 2023
13:29
1375

ANAMA sədri azad edilmiş torpaqlarda minalardan təmizlənmiş ərazilərin sahəsini açıqlayıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azad edilən ərazilərdə Vətən müharibəsindən sonra 63 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, ümumilikdə 80 958 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib:

“Vətən müharibəsində şanlı Ordumuzun Qələbəsindən sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş və müharibə təsirinə məruz qalmış ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi istiqamətində fəal iş aparır”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri