Fev
2023
13:38
217
29
2477
Virtual karabakh

Milli Qəhrəmanın qızı: “Laçın yolu bağlanmayıb”

3 Fev, 2023
13:38
2477

Milli Qəhrəmanın qızı: “Laçın yolu bağlanmayıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Xankəndi-Laçın yolu ilə sərbəst şəkildə hərəkət edir”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın Rus İcmasının üzvü, Birinci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Yuri Kovalyovun qızı Regina Kovalyova deyib.

Onun sözlərinə görə, aksiyanın keçirildiyi yerdə çox mehriban ab-hava hökm sürür və yolun bağlanmasından söhbət gedə bilməz.

“Artıq bir neçə gündür ki, buradayıq. Tələbimiz ekoloji terrora son qoymaqdır ki, Azərbaycanın ekologiyasına zərər dəyməsin”, - deyə o bildirib.

R.Kovalyova gələcəkdə bacısı ilə birlikdə Qarabağda atası, Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun şərəfinə ağac əkməyi planlaşdırdığını vurğulayıb:

“Bu ağacı təkcə övladlarımız deyil, nəvələrimiz də görəcək. Biz Qarabağımızı mütləq yaşıllaşdıracağıq”, - deyə R.Kovalyova fikrini tamamlayıb.

Xatırladaq ki, Xankəndi-Laçın yolunda etiraz aksiyası 54 gündür ki, davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri