Fev
2023
17:30
235
3
1335
Virtual karabakh

Növbəti “Komando başlanğıc kursu” başa çatıb - FOTO/VİDEO

6 Fev, 2023
17:30
1335

Növbəti “Komando başlanğıc kursu” başa çatıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun olaraq “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Mərasimdə Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri kurs iştirakçılarına çatdırılıb.
Buraxılış mərasimində çıxış edənlər məzunlara gələcək xidmətlərində uğurlar arzulayıblar. Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə töhfə verən bu kimi kursların əhəmiyyəti xüsusi qeyd edilib.

Hərbi qulluqçulara sertifikatlar təqdim olunduqdan sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Sonda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib, xatirə şəkili çəkdirilib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri