Fev
2023
14:24
195
12
2151
Virtual karabakh

Müdafiə nazirinin müavini Türkiyənin Naxçıvandakı Baş konsulluğunda olub, başsağlığı verib - FOTO

8 Fev, 2023
14:24
2151

Müdafiə nazirinin müavini Türkiyənin Naxçıvandakı Baş konsulluğunda olub, başsağlığı verib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Türkiyənin Naxçıvandakı Baş konsulluğunda olub.

“Report”un Naxçıvan bürosu xəbər verir ki, o, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya ilə görüşüb.

Görüşdə general Türkiyədə baş verən güclü zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması ilə bağlı başsağlığı verib.

A.Kaya isə öz növbəsində göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Həmçinin Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimov və Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Vüsal Ələkbərli də Türkiyənin Naxçıvandakı Baş konsulluğunda olublar, A.Kaya ilə görüşərək həlak olanlara başsağlığı veriblər, yaralılara şəfa diləyiblər.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri