13 
Mar
2023
09:52
280
41
4855
Virtual karabakh

Qarabağda Novruzqabağı hərbi əməliyyat olacaq? - VİDEO

13 Mar, 2023
09:52
4855

Qarabağda Novruzqabağı hərbi əməliyyat olacaq? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda erməni hərbi avtomobilləri peyda olur və maneəsiz hərəkət edirlər. Onların təhlükəsizliyini isə Rusiya sülhməramlı kontingentinə məxsus döyüş maşını təmin edir.

Hələ bir həftə öncə Qarabağdakı erməni silahlıları təxribat törətməyə cəhd etmiş, nəticədə qanlı toqquşma olmuşdu.

Bu ərəfədə regiona gələn Qərb nümayəndələri də vəziyyətin gərginləşməsindən ehtiyat etdiklərini gizlətməyiblər.

Ermənistanın kapitulyasiya aktına imza atmasından az qala üç il keçir, amma İrəvan sülh müqaviləsi imzalamaq əvəzinə təxribatlardan əl çəkmir. Prosesə qatılan beynəlxalq vasitəçilərin də, görünür, vədləri bir səmərə vermir.

Xarici ölkə rəsmilərinin və nümayəndələrinin iştirak etdikləri X Qlobal Bakı Forumunda ölkə başçısı açıq bəyan etdi ki, Azərbaycan vasitəçi tərəflərin Ermənistanı dilə tutacağına ümid edir. Azərbaycanın Qarabağ ermənilərinə təklifi isə çoxdandır masadadır. Onların reinteqrasiyası təklif olunub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri