25 
Mar
2023
18:00
307
21
4518
Virtual karabakh

“Vəziyyəti qızışdıran İrəvan deyil, ümumiyyətlə, bunun üçün onlarda beyin yoxdur” - RF Dövlət Dumasından ŞƏRH

25 Mar, 2023
18:00
4518

“Vəziyyəti qızışdıran İrəvan deyil, ümumiyyətlə, bunun üçün onlarda beyin yoxdur” - RF Dövlət Dumasından ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verdikdən dərhal sonra Roma Əsasnaməsinin ratifikasiyasını təsdiqləyən Ermənistan Konstitusiya Məhkəməsinin qərarı Rusiyada müzakirə fırtınasına səbəb olub. Xatırladaq ki, Roma Əsasnaməsi BCM-in əsasında fəaliyyət göstərən sənəddir. Ermənistan Konstitusiya Məhkəməsi Roma Əsasnaməsində təsbit edilmiş öhdəliklərin “Ermənistan konstitusiyasına zidd olmadığını, qərarın mübahisə predmeti olmadığını və qanuni qüvvəyə mindiyini” qəbul edib. Eyni zamanda, 2004-cü ildə Ermənistan Konstitusiya Məhkəməsi Roma Əsasnaməsinin Ermənistan Konstitusiyasına zidd olduğunu hesab edib.

Vəziyyəti Oxu.Az-a Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fyodorov şərh edib.

- Sizcə, Ermənistan niyə belə demarş etdi?

- Bu, elə dediyiniz kimi, siyasi, proqnozlaşdırılabilən demarşdır. Bu onunla bağlıdır ki, münasibətlər sistemi postsovet məkanında da mürəkkəbləşir. Ermənistanda da belə olacağını proqnozlaşdırırdıq. Mən bu barədə dəfələrlə danışmışam.

- Yenə də vəziyyət tam aydın deyil. Ermənistan hər kəsi - istər fransız jandarmlarını, istərsə də alman polislərini - qarşısına çıxanı bölgəyə dəvət edir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı İrəvandan demarşlar oldu, indi də Roma Əsasnaməsilə bağlı Konstitusiya Məhkəməsinin qərarı. Sonra nə olacaq? İrəvanda nəyə ümid edirlər?

- Postsovet dövlətləri ilə əvvəldən yanlış münasibətlər strategiyası yaradılıb. O, 1991-ci ilin qanunsuz qərarlarına əsaslanır. Nəticədə Ukrayna müharibəsi, 2008-ci ildə Gürcüstan müharibəsi və s. oldu. Bu minvalla keçmiş SSRİ-nin bütün respublikaları arasında qarşılıqlı münasibətlərdə neqativ artacaq.

- Axı İrəvanın hərəkətlərində də bir məntiq olmalıdır...

- Vəziyyəti qızışdıran İrəvan deyil, ümumiyyətlə, orada bunu etməyə beyin yoxdur. Ermənistan ABŞ-nin postsovet məkanında proyeksiyasıdır. Birqütblü dünyada bəzi ölkələr ya Birləşmiş Ştatların siyasətini izləyir, ya da öz siyasətlərini həyata keçirə bilərlər, lakin bu, resurslar və güc tələb edir. Ermənistanın isə təbii ki, belə resursları yoxdur. Bu ölkə çıxılmaz geosiyasi vəziyyətdədir. Onun dənizə çıxışı yoxdur, o, dost olmadığı ölkələrlə əhatə olunub. Amma buna baxmayaraq, dediyim kimi, ABŞ-nin Ermənistanda proyeksiyası fəaliyyətdədir.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri