31 
Mar
2023
14:24
29
159
4105
Virtual karabakh

Müdafiə Nazirliyinin İrana cavabında iki element, yeni səfir təyinatının məqsədi - ŞƏRH

31 Mar, 2023
14:24
4105

Müdafiə Nazirliyinin İrana cavabında iki element, yeni səfir təyinatının məqsədi - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Müdafiə Nazirliyi İran Quru Qoşunlarının komandanı Kiomərs Heydərinin ittiham hədələrinə cavab verib. Bəyanatın mətni Tehranın addımlarının terrorla tövsif edilməsində yeni səhifədir.

İranın ənənəvi “sərhədlərin dəyişməyinə icazə vermərik” tezisini, “regionda İŞİD terrorçularından istifadə edilir” kimi boşboğazlığını təkrarlayan Heydərini yerində oturdan cavabda iki element diqqət çəkir.

Birincisi: Müdafiə Nazirliyi rəsmi şəkildə İranın terrorizmi dəstəklədiyini deyir. Bu, ümumi panoramda yeni arqument olmasa da, Müdafiə Nazirliyi tərəfindən dilə gətirilməsi yenilikdir.

Yəni MN deyir ki:

- İran regiondakı terrorçuluq fəaliyyətini hərbi təxribatlar, xarici qüvvələrin bölgədəki fəaliyyətini bəhanə edərək pərdələyir;

- Azərbaycanın hərbi kəşfiyyatında İranın regiondakı vəziyyəti hərbi ritorika ilə qızışdırmasına dair ciddi məlumatlar var.

İkincisi: MN bəyanatında Fransa ilə Ermənistanı İranın iki əsas müttəfiqi kimi xarakterizə etməklə Tehranla Parisin eyni ox üzərindən Azərbaycana qarşı fəaliyyətinə işarə verə bilər.

Fransa öz kəşfiyyatı vasitəsilə dünyadakı çəkişmə bölgələrində iştirak edərək qlobal nüfuzda itirilən çəkisini bərpa etməyə, bununla da diktəli məzmunlar yazmağa çalışır. Bu mənada MN-in bəyanatının Fransaya toxunan hissələrinin mahiyyətini diqqətdə saxlamaq lazımdır. Hələlik bu məntiq doğur ki, Fransa Avropa İttifaqının Ermənistana yerləşdirilən missiyasının köməyi ilə Azərbaycana qarşı hərbi təxribatların həmmüəllifi olmaqda maraqlıdır.

Parisin Tehranla koordinasiyada olub-olmadığına dair ciddi sayılacaq aydın dəlillər yoxdur, lakin hadisələri, maraqları nəzərdən keçirəndə onların Azərbaycana münasibət məsələsində yola getdiklərini deməyə əsaslar taparıq.

Vəziyyət getdikcə həm aydınlaşacaq, həm də bu aydınlaşmalardan sonra daha da mürəkkəbləşəcək.

Vəziyyətin mürəkkəblik dərəcəsini İranın İŞİD terrorçuları iddiası, Azərbaycana qarşı Ermənistanın xeyrinə vurnuxması fonunda yeni təxribatlar ata biləcəyi ilə əlaqələndirmək olar.

Bu tezislərdən yola çıxaraq, İranın diplomatik trafikdəki dəyişikliklərini də izləmək lazımdır. İran Suriyadakı keçmiş səfiri Mehdi Subhanini Ermənistana səfir təyin etmək qərarına gəlib ki, bunu sıradan bir rotasiya qaydası kimi anlamaq olmaz.

Niyə? Ona görə ki, Mehdi Subhani Suriyada İranın proksi qüvvələrinin ayaqlanmasına töhfələr verib.

Deməli, İran:

- Qarabağdakı separatçılığı təşkilatlandırmağa çalışacaq. Hərçənd ki, Laçın yolunun bağlanmasından sonra bu müşkül görünür;

- Yeni diplomatı Ermənistanla Azərbaycanın sərhədindəki vəziyyəti xaotik nəticələrə kökləmək üçün təlimatlandıracaq.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri