14 
Apr
2015
10:10
8
77
1900
Virtual karabakh

Cəbhədən son xəbər: Düşmən minaatanlardan atəş açır

14 Apr, 2015
10:10
1900

Cəbhədən son xəbər: Düşmən minaatanlardan atəş açır

MN məlumat yaydı.

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub.

Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex və İcevan rayonunun Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Çaylı, Ağdam rayonunun Şuraabad, Cəvahirli, Sarıcalı, Kəngərli, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub. 

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri