20 
Apr
2015
19:33
63
19
1166
Virtual karabakh

Azərbaycan və İran müdafiə sənayesi üzrə əməkdaşlığı müzakirə ediblər

20 Apr, 2015
19:33
1166

Azərbaycan və İran müdafiə sənayesi üzrə əməkdaşlığı müzakirə ediblər

Ölkələr arasında ikitərəfli əməkdaşlıq yüksək qiymətləndirilib.

Müdafiə sənayesi naziri Yavər Camalov aprelin 20-də Azərbaycanda səfərdə olan İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Y. Camalov Azərbaycanla İran arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb.
 
Nazir nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.
 
Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri