21 
Apr
2015
10:15
38
68
1922
Virtual karabakh

Elmar Məmmədyarov: Münaqişələrin həllinin vaxtıdır

21 Apr, 2015
10:15
1922

Elmar Məmmədyarov: Münaqişələrin həllinin vaxtıdır

“Azərbaycan dəfələrlə hazırlığını ifadə edib”.

Artıq regiondakı bütün münaqişələrin həllinə münasibətdə yekdil mövqe və həmrəylik nümayiş etdirməyin vaxtıdır.  

Oxu.Az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şərq tərəfdaşlığında iştirak edən ölkələrin xarici işlər nazirlərinin 6-cı görüşündə çıxışında bildirib. 

“Ermənistan-Azərbaycan münaqişəsi Şərq Tərəfdaşlığının çoxtərəfli çərçivəsindən tam istifadə edilməsi üçün mane olaraq qalmaqdadır və Aİ-nin birbaşa qonşuluğunda ciddi təhlükə olmaqda davam edir. 

Biz bununla əlaqədar olaraq Aİ-nin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığına ardıcıl öhdəliyi ilə regionda mövcud olan təhlükəsizlik çağırışlarına qəti cavab nümayiş etdirməsini gözləyirik və BMT Təhlükəsizlik Şurasının bununla əlaqədar olaraq qəbul etdiyi müvafiq qətnamələrinin çox tezliklə yerinə yetirilməsinə israrla çağırırıq”, - nazir deyib. 

XİN başçısının sözlərinə görə, Azərbaycan böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq və regiona sülh və sabitlik gətirmək üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına dəfələrlə hazırlığını ifadə edib. 

Elmar Məmmədyarov həmçinin qeyd edib ki, Azərbaycan strateji tərəfdaşlıq ruhunda Aİ-Azərbaycan əməkdaşlığında maraqlı olduğunu bir daha vurğulayır.

www.oxu.az  

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri