Noy
2015
20:25
416
35
14548
Virtual karabakh

Cənubi Azərbaycanda aksiya: Haray, haray mən türkəm - FOTO + VİDEO

9 Noy, 2015
20:25
14548

Cənubi Azərbaycanda aksiya: Haray, haray mən türkəm - FOTO + VİDEO

Bir sıra şəhərlərdə əhali etiraz edir.

İranın dövlət televiziyasında yayımlanan “Fitilə” adlı verilişdə Azəbaycan türklərinin təhqir edilməsi ilə bağlı bu gün Tehranda və Cənubi Azərbaycanın bir sıra şəhərlərində kütləvi etirazlar keçirilib.

Oxu.Az xəbər verir ki, Musavat.com-a daxil olan məlumata görə, xüsusilə Urmiya və Təbriz universitetlətinin tələbələri, iş adamları, milli fəallar, müxtəlif təbəqədən olan azərbaycanlıların iştirak edəcəyi etiraz aksiyasına bu gün günorta saatlarından sonra start verilib.

Qeyd edək ki, noyabrın 6-da dövlət telekanalının uşaqlara məxsus “Fitilə” adlı proqramda türklərin təhqir edilməsi ilə bağlı bir neçə siyasətçi, millət vəkilləri təkid edərək, İran televiziyasının türklərdən üzr istəməsini tələb ediblər.

Bundan sonra televiziya üzr istəsə belə, etirazları səngitmək mümkün olmayıb. 

Aksiyanın şüarları belədir: Haray, haray mən türkəm, Azərbaycan əyilməz, türkün beli bükülməz, Azərbaycan var olsun, istəməyən kor olsun.

İrandakı mənbələr iddia edirlər ki, təkcə Təbrizdə 10 minə yaxın insan etirazlara qatılıb.

Təbrizdən millət vəkili Məhəmməd İsmayıl Səidi isə məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, İran telekanalında türklərin təhqir edilməsi qəsdən həyata keçirilib. 

Xatırladaq ki, noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan “Fitilə” adlı verilişdə diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Veriliş fars dilində olsa da, bəzi bölümlərində türkcə dialoqlar da yer alıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri