21 
Noy
2015
10:25
13
109
1648
Virtual karabakh

Yeni Zelandiyada helikopter qəzaya uğradı: sağ qalan yoxdur

21 Noy, 2015
10:25
1648

Yeni Zelandiyada helikopter qəzaya uğradı: sağ qalan yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəzanın səbəbləri hələlik müəyyənləşdirilməyib.

Göyərtəsində yeddi nəfərin olduğu helikopter Yeni Zelandiyada Foks buzlağında qəzaya uğrayıb, New Zealand Herald qəzeti məlumat yayıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, polis helikopterin göyərtəsində olan altı sərnişinin və bir pilotun öldüyünü təsdiqləyib.

Alpine Adventures şirkətinin nümayəndəsi helikopterin şirkətə mənsub olduğunu təsdiqləyib, amma şərh verməkdən imtina edib.

Hakimiyyət hadisə ilə bağlı araşdırma aparır və həlak olanların qohumları ilə əlaqə yaratmağa çalışır.

Hadisənin başvermə səbəbləri müəyyənləşdirilməyib. İlkin dəyərləndirmələrə əsasən qəzaya səbəb əlverişsiz və dumanlı hava şəraiti ola bilər.

Qeyd edək ki, Foks buzlağı Cənub adasının qərb sahilində, adanın əsas şəhəri olan Kraystçerç şəhərindən təxminən 150 km məsafədə yerləşir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri