12 
Yan
2016
15:57
36
67
5349
Virtual karabakh

84 yaşlı milyarder Merdok model Cerri Holl ilə nişanlandı

12 Yan, 2016
15:57
5349

84 yaşlı milyarder Merdok model Cerri Holl ilə nişanlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onlar ailə üzvlərini tanış etməyə başlayıblar.

Mediamaqnat Rupert Merdok və keçmiş supermodel Cerri Holl nişanlandıqlarını elan ediblər, The Times nəşrinin Merdoka mənsub olan müvafiq bölməsində elan yerləşdirilib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, 84 yaşlı Merdok və 59 yaşlı Holl artıq ailə üzvlərini tanış etməyə başlayıblar. Milad bayramından sonra onlar öz uşaqları ilə bərabər Karib dənizində yaxtada bir neçə gün keçiriblər.

Merdokun müxtəlif qadınlardan dörd oğlu və iki qızı var.

Cerri Holl öz növbəsində 1970-ci ilin sonundan XX əsrin sonuna qədər rok-musiqiçi, The Rolling Stones qrupunun solisti Mik Cagerrin həyat yoldaşı olub. Cütlüyün dörd uşağı var.

Rupert Merdok 1979-cu ildə News Corporation mediaholdinqini təsis edib. Onun tərkibinə The Wall Street Journal, The Times, The Sun və New York Post qəzetləri daxildir.

Bundan başqa, milyarder Fox News telekanalının və 20th Century Fox teleşirkətinin, eləcə də bir sıra peyk operatorları və Dow Jones informasiya agentliyinin sahibidir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri