17 
Avq
2016
17:10
121
50
5267
Virtual karabakh

Sankt-Peterburqda partlayışlar: Terrorçuların saxlanılması üzrə xüsusi əməliyyat – YENİLƏNİB

17 Avq, 2016
17:10
5267

Sankt-Peterburqda partlayışlar: Terrorçuların saxlanılması üzrə xüsusi əməliyyat – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sankt-Peterburqda Leninqrad prospektində yaşayış binasında terrorçuların saxlanılması üzrə xüsusi əməliyyat başa çatıb. 

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir. 

Mühasirə götürüldü, bina sakinləri yaşayış haqqında qeydiyyatı təqdim etdikdən sonra binaya buraxılıblar. 

RİA Novosti-nin mənbəsinin sözlərinə görə, xüsusi əməliyyat nəticəsində iki yaraqlı saxlanılıb, daha ikisi isə məhv edilib. FTX agentlikdə cinayətkarların zərərsizləşdirilmələrini dəqiqləşdiriblər. Mülki vətəndaşlar və hüquq-mühafizə orqanı əməkdaşları içərisində xəsarət alan yoxdur.  

15:13

Sankt-Peterburqda yaşayış evlərindən birində xüsusi əməliyyat zamanı üç yaraqlı saxlanılıb.  

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“Rəqəm dəqiq deyil. Onların sayı çox da ola bilər. Saxlanılan şəxslərin hələlik vəziyyəti də məlum deyil”, - o qeyd edib.

Agentlik həmçinin xüsusi əməliyyat zamanı bir nəfərin xəsarət aldığını da bildirib, amma onun kimliyi məlum deyil. Tibb işçiləri xərəkdə bir nəfəri çıxararaq təcili yardım maşını ilə aparıblar. “Fontanka” söhbətin xüsusi təyinatlıdan getdiyini bildirib.

Bəzi məlumatlara görə, hərbçilər müntəzəm olaraq hadisə yerini tərk edirlər, amma bina hələ də mühasirədədir. Binadan arada atəş səsləri gəlir, RİA Novosti-nin müxbiri bildirib. 

 

14:45

Sankt-Peterburqda yaşayış binalarının birində Şimali Qafqaz ərazisində silahlı qruplaşmanın tərkibində fəaliyyət göstərməkdə ittiham edilən şəxslərin tutulması üzrə əməliyyat keçirilir.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə FTX regional bürosu məlumat yayıb.

Hadisənin şahidləri bildiriblər ki, Moskva vaxtı ilə saat 11:20-də (Bakı vaxtı ilə saat 12:20-də) Leninski prospektdə, 92/3 binada 16 mərtəbəli evin altıncı blokunda iki partlayış olub. Bundan sonra pəncərələrdən tüstü çıxıb.

Ev xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb.

Xüsusi təyinatlılar altıncı blokun qarşısında yığışıblar. Təxliyyə aparılmır, sadəcə, heç kim binaya buraxılmır.

Avqustun 17-də Moskva vaxtı ilə saat 10:00-da yaşayış evinə Rusiya qvardiyasının, FTX, terror əleyhinə bölüyün və “Qrad” xüsusi təyinatlı dəstənin döyüşçüləri gəlib.

Hadisənin şahidləri hüquq-mühafizə orqanları əməkdaşlarının binaya çox sayda ağ kisələrin apardıqlarını və binadan qutuların çıxardıqlarını bildiriblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri