24 
Avq
2016
12:46
327
23
7290
Virtual karabakh

Türkiyə tankları Suriyaya daxil oldu – VİDEO + YENİLƏNİB

24 Avq, 2016
12:46
7290

Türkiyə tankları Suriyaya daxil oldu – VİDEO + YENİLƏNİB

63 mövqeyə top və reaktiv yaylım atəş sistemlərindən 224 zərbə endirilib.

Türkiyə Hərbi Qüvvələri tankları Suriya ərazisinə daxil olub.

Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Baş Qərargahı yayıb.

Məlumatda həmçinin bildirilir ki, Türkiyə silahli qüvvələrinin Suriyadakı hərbi əməliyyatı “Fərat qalxanı” adını keçirilir. Əməliyyatlara isə generalın Zekai Aksakallı rəhbərlik edir.

10:58

“Türkiyə SQ-nin hərbi əməliyyatının məqsədi ölkə sərhədlərinin terrorçu qruplaşmalardan təmizlənməsini, İŞİD təşkilatı ilə mübarizə sahəsində koalisiya və beynəlxalq ictimaiyyət ilə əməkdaşlığın davam etdirilməsi və Suriyanın ərazi bütövlüyünü qorumaqdır”

Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə SQ nümayəndələri məlumat yayıb.

Onların sözlərinə görə, əməliyyat çərçivəsində İŞİD terror qruplaşmasının Suriyanın şimalında yerləşən Cerablus və Keklice şəhərlərindəki mövqelərinə zərbələr endirirlər.

Zərbələri Türkiyənin HHQ “F-16” təyyarələri endirir.  

Qeyd edilir ki, saat 05:45-dən başlayaraq Suriyanın şimalında 63 mövqeyə top və reaktiv yaylım atəş sistemlərindən 224 zərbə endirilib.

10:41

Türkiyə ordusu koalisiya təyyarələrinin dəstəyi ilə bu gün Suriyanın şimalındakı Cerablus şəhərini İŞİD terrorçularından azadetmə əməliyyatına başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Ankaradakı mənbəyə istinadən məlumat yayıb. 

Məlumata görə, Cerablusdakı əməliyyat Türkiyə sərhədlərinin terrorçu qruplaşmalarından təmizlənməsinə və Suriyanın ərazi bütövlüyünün qorunmasına yönəlib.  

Türkiyənin Hərbi-Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İŞİD terror qruplaşmasının Suriyanın şimalında yerləşən Cerablus şəhərindəki mövqelərinə zərbələr endiriblər.

Bu əməliyyatın yeni miqrasiya axınlarının qarşısının alınmasına və dinc əhaliyə humanitar yardımların çatdırılmasına yönəlib.

Bundan başqa əməliyyat Türkiyə dövlətinə və xalqına təhdid yaradan və hücumlar həyata keçirən terror təşkilatı ilə mübarizəyə, eləcə də bu sahədə koalisiya və beynəlxalq ictimaiyyət ilə əməkdaşlığın davam etdirilməsinə istiqamətlənib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri