23 
Dek
2016
11:58
107
20
3802
Virtual karabakh

Moskvanın daha bir aeroportundan Azərbaycana aviareyslər yerinə yetiriləcək

23 Dek, 2016
11:58
3802

Moskvanın daha bir aeroportundan Azərbaycana aviareyslər yerinə yetiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələn ilin yazından etibarən Rusiyanın paytaxtı Moskvada yerləşən “Jukovski” hava limanından Avropa və Asiyaya aviareyslərin yerinə yetirilməsinə başlanacaq.

Oxu.Az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə müsahibəsində “Ramport” (hava limanının inkişafına cavabdeh olan) şirkətinin baş direktorunun müavini Yevgeni Solodilin bildirib.

Onun sözlərinə görə, ilkin prioritet istiqamətlər kimi Bakı, Təl-Əviv, İstanbul və Antalya şəhərləri götürülüb.

“Biz yalnız MDB ölkələrinə deyil, eyni zamanda Avropa və Asiya ölkələrinə də uçmağa başlayacağıq. Tədricən biz uçuş coğrafiyamıza Bakı, Təl-Əviv, İstanbul kimi istiqamətləri əlavə edəcəyik. Aprel-may aylarından etibarən isə Antalyaya aviareyslər yerinə yetiriləcək”, - Y.Solodilin bildirib. 

Onun sözlərinə görə, “Jukovski” hava limanından Türkiyəyə uçuşları “Pegasus” aviaşirkəti yerinə yetirəcək. Şirkət İstanbul və Antalyaya həftədə 7 dəfə uçacaq. O qeyd edib ki, hazırda Macarıstanın “Wizz Air” şirkəti daxil olmaqla bir sıra xarici daşıyıcılarla danışıqlar aparılır.
  
N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri