Yan
2017
21:26
75
345
5636
Virtual karabakh

BƏƏ öz vətəndaşlarını Türkiyəyə getməkdən imtina etməyə çağırıb

3 Yan, 2017
21:26
5636

BƏƏ öz vətəndaşlarını Türkiyəyə getməkdən imtina etməyə çağırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Ərəb Əmirlikləri öz vətəndaşlarını Türkiyəyə səfərə getməkdən imtina etməyə, əvvəldən planlaşdırılmış səfərləri isə "növbəti xəbərdarlığa qədər" təxirə salmağa çağırıb.

Oxu.Az "Report"-a istinadən xəbər verir ki, bu barədə ərəb ölkəsinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.

Yanvarın 1-nə keçən gecə İstanbulda törədilən terror aktı nəticəsində 39 nəfər qətlə yetirilib. Ölənlər arasında bir Azərbaycan əsilli Rusiya vətəndaşı da olub.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri