Yan
2017
13:17
15
123
8644
Virtual karabakh

Dünyanın 10 ən təhlükəli ölkəsi – SİYAHI

9 Yan, 2017
13:17
8644

Dünyanın 10 ən təhlükəli ölkəsi – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanadanın turizm üzrə agentliyi dünyanın 10 ən təhlükəli ölkəsinin adını çəkib.

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, antireytinqdə 10-cu yerdə Yəməndir.

Ekspertlər bu ölkəyə daimi baş verən terror aktlarına və yerli qanunvericiliyin xüsusiyyətlərinə görə getməməyi məsləhət görürlər.

Doqquzuncu və səkkizinci yerlərdə müharibə vəziyyətində olan Suriya və Əfqanıstandır.

Reytinqdə sonrakı yerlərdə Burundi, Nigeriya və Cənubi Sudandır.

Dördüncü yerdə Somalidir.

Mali və Çad üçüncü və ikinci sıradadır. Bu ölkələrə yalnız sülhməramlıların getməsi tövsiyə olunur.

Antireytinqin lideri Mərkəzi Afrika Respublikasıdır.

Agentlikdə qeyd edirlər ki, bu ölkəyə gedən əcnəbilərin sağ və zərər görmədən qayıtmaq şansı yoxdur.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri