Yan
2017
16:40
57
67
1081
Virtual karabakh

Pekində ekoloji polis idarəsi yaradılacaq

9 Yan, 2017
16:40
1081

Pekində ekoloji polis idarəsi yaradılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pekində sis və çirklənmələr ilə mübarizə üçün tədbirlər gücləndiriləcək, şəhərdə xüsusi ekoloji polis olacaq. 

Oxu.Az xəbər verir ki, bu barədə The Guardian yazır. 

Pekin hakimiyyəti qeyd edib ki, kimin açıq havada barbekü hazırladığını və ya zibil yandırdığını aşkara çıxarmaq üçün xüsusi xidmətlər küçələrdə növbə çəkəcəklər. 

Məlumata görə, çirklənməni azaltmaq üçün görülən tədbirlər arasında son kömür stansiyasının bağlanması və kömürün istifadəsinin 30% azaldılmasıdır. Ümumilikdə 500 fabrikin bağlanması planlaşdırılır. 

2016-cı ildə müxtəlif vaxtlarda Pekində havanın çirklənməsinin səviyyəsi Dünya Səhiyyə Təşkilatı tərəfindən təyin edilmiş normalardan səkkiz dəfə artıq idi. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri