Yan
2017
21:52
292
58
2289
Virtual karabakh

Ankara küçələrindən birinə Karlovun adı verildi

9 Yan, 2017
21:52
2289

Ankara küçələrindən birinə Karlovun adı verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçə dekabrın 19-da sui-qəsd nəticəsində qətlə yetirilmiş RF səfiri Andrey Karlovun adını alıb.

Oxu.Az-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, qərar yekdilliklə Ankara şəhər bələdiyyəsinin toplantısında qəbul olunub.

Xatırladaq ki, 62 yaşlı səfir Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində 22 yaşlı polis Mevlet Mert Altıntaş tərəfindən öldürülüb. Sui-qəsdçi isə polis özəl hərəkatı tətəfindən zərərsizləşdirilib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri