10 
Yan
2017
16:33
148
54
5215
Virtual karabakh

Belarus prezidenti evlənir? – VİDEO

10 Yan, 2017
16:33
5215

Belarus prezidenti evlənir? – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus mətbuatı ölkə prezidenti Aleksandr Lukaşenkonu bir xanımla görüntüləyiblər.

Oxu.Az-ın İstipress-ə istinadla verdiyi məlumatına görə, Lukaşenko oğlu Nikolay və bir xanımla Minskdəki kilsələrdən birində keçirilən Milad bayramına qatılıb.

Belarus lideri kilsəyə “Mercedes” markalı maşınla gedib. Lukaşenko maşının sağ qapısından düşüb. Soldan isə əvvəlcə Nikolay, sonra isə başında yaylıq olan qadın düşüb. Görünür, o, avtomobildə Lukaşenko ilə oğlunun arasında oturub.

Naməlum xanımın prezidentin yanında görünməsi ağıllara bir sualı gətirib – “Yoxsa uzun müddətdən sonra ölkənin birinci xanımı olacaq?” Rəsmi məlumatlarda naməlum qadın haqqında heç bir informasiya verilməyib.

Adətən Lukaşenkonu getdiyi çox yerdə kiçik oğlu Nikolay müşahidə edirdi. Lakin bir müddət, o, az-az ictimaiyyət arasına çıxıb. Ötən ilin sentyabr ayında prezident oğlunun az görünməsini dərslərinə, tədrisinə daha çox vaxt ayırması ilə izah etmişdi. O, oğlunun dövlət başçısı olmaq kimi bir istəyinin də olmadığını qeyd etmişdi.

Açıq mənbələrə görə, A.Lukaşenko 1975-ci ildən belarus dili müəlliməsi Qalina Jelneroviçlə ailəlidir. Onlar birlikdə yaşamasa da, boşanmayıblar. Nikolay nikahdan kənar doğulub. Belarus mətbuatının məlumatına görə, onun anası Lukaşenkonun keçmiş şəxsi həkimi İrina Abelskayadır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri