10 
Yan
2017
18:32
33
93
2160
Virtual karabakh

Türkiyə Mərkəzi Bankı valyuta bazarına birbaşa müdaxilə etməyəcək

10 Yan, 2017
18:32
2160

Türkiyə Mərkəzi Bankı valyuta bazarına birbaşa müdaxilə etməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyə Mərkəzi Bankının (TCMB) valyuta bazarına birbaşa müdaxilə etməsi yanlış qərar olar”.

Oxu.Az-ın məlumatına görə, “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Türkiyənin İqtisadiyyat Naziri Nihat Zeybekçi verib.

O həmçinin, uçot dərəcəsinin artırılmasının iqtisadiyyata zərər verəcəyini bildirib.

Xatırladaq ki, bu gün TCMB valyutada olan məcburi ehtiyatlar üzrə faiz dərəcəsini 0,5 faiz bəndi azaldıb. Bununla da TCMB bank sisteminə əlavə 1,5 mlrd. ABŞ dolları həcmində likvidlik ötürüb.

Bu qərardan sonra valyuta bazarında dolların məzənnəsi 3,7880 TRY/USD səviyyəsindən 1,3% azalaraq 3,74 TRY/USD-yə enib. Lakin hazırda dünya bazarında dolların məzənnəsinin müşahidə olunan möhkəmlənməsi lirəyə təsirini davam etdirib və Türkiyədə dolların məzənnəsi 3,77 TRY/USD-ni ötüb.

“Report”un analitik qrupu TCMB-nin uçot dərəcəsini artıracağı təqdirdə dolların məzənnəsinin daha da yüksələcəyini proqnozlaşdırır.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri