10 
Yan
2017
20:06
30
249
3794
Virtual karabakh

İkinci Dünya müharibəsi barədə ilk xəbər verən jurnalist vəfat edib

10 Yan, 2017
20:06
3794

İkinci Dünya müharibəsi barədə ilk xəbər verən jurnalist vəfat edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İkinci Dünya müharibəsinin başlanması barədə ilk məlumat verən britaniyalı jurnalist Kleyr Hollinqvors vəfat edib.

Oxu.Az-ın BBC-yə istinadən xəbərinə görə, Kler Hollinqvors 106 yaşında dünyasını dəyişib.

K.Hollinqvors 1939-cu ildə Polşadan Almaniyaya səyahət edərkən iki ölkənin sərhədində Almaniya ordusunun toplaşdığı barədə xəbər yayıb. 

Jurnalist fəaliyyətinə başlamazdan əvvəl o Hitler Almaniyasını tərk etmək istəyən minlərlə insana britaniya vizasının almağa kömək edirdi.

1911-ci ildə doğulan K.Hollinqvors Vyetnam, Əlcəzair, Yaxın Şərq ölkələrində jurnalist işləyib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri