11 
Yan
2017
09:12
21
125
1999
Virtual karabakh

ABŞ “F-35” qırıcılarını Yaponiya ərazisinə yerləşdirir

11 Yan, 2017
09:12
1999

ABŞ “F-35” qırıcılarını Yaponiya ərazisinə yerləşdirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikanın beşinci nəsil çoxməqsədli “F-35B” qırıcıları Arizonanı tərk ediblər və sonradan ABŞ-ın dəniz piyadaları aviasiyasının "İvakuni" bazasına yerləşdirilmək üçün Yaponiyaya istiqamət alıblar.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı təyyarələrin məxsus olduğu ABŞ Dəniz Piyadaları Korpusunun saytına yerləşdirilən məlumatda bildirilir.

Qeyd olunur ki, qırıcılar ABŞ ərazisindəki aerodromu yanvarın 9-da tərk ediblər. Bildirilir ki, onların Yaponiyaya göndərilməsi “F-35B proqramı üçün mühüm mərhələ olacaq”. Bundan əlavə, “İvakuni” ABŞ-ın yalnız bu yaxınlarda döyüşdə istifadəyə hazır hesab edilən “F-35” qırıcılarını qəbul edəcək ilk xaricdə yerləşən bazası olacaq.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri