11 
Yan
2017
10:12
11
93
1961
Virtual karabakh

Maduro dövlət çevrilişinə cəhddən danışdı

11 Yan, 2017
10:12
1961

Maduro dövlət çevrilişinə cəhddən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Venesuela prezidenti Nikolas Maduro bazar ertəsi dövlət başçısının öz postunu tərk etməsinə dair qərar qəbul etmiş müxalifət parlamenti tərəfindən dövlət çevrilişini həyata keçirmək cəhdindən danışıb. 

Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir. 

“Mən prezident kimi dövlət hakimiyyətindən konstitusiyanın pozulmasını, qanuni asayişə hörmətsizliyi cəzasız qoymamağı xahiş edirəm; milli assambleya dünən qiyam manifesti qəbul edib”, - Maduro bunu dövlət televiziyasında çıxış edərkən bidlirib. 

106 deputatın səs verdiyi, Parlamentin qərarından sonra ölkənin Ali Məhkəməsi Milli assambleyanın prezident Maduronu postundan devirmə səlahiyyətinə malik olmadığını bəyan edib.  

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri