Azərbaycanı Trampın inauqurasiyasında kim təmsil edəcək?
Azərbaycanı Trampın inauqurasiyasında kim təmsil edəcək?
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiyasında ölkəmizi Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov təmsil edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Vzqlyad.az-a Azərbaycanın ABŞ-dakı səfirliyinin ikinci katibi Azad Aslanov bildirib.
Onun sözlərinə görə, ABŞ protokolunun qaydalarına və təcrübəyə görə, xarici dövlətləri ABŞ prezidentlərinin inauqurasiyasında Vaşinqtonda akkreditasiya keçmiş diplomatik missiyaların rəhbərləri təmsil edir. Bu qaydalara müvafiq olaraq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiyasında səfirliyimizin başçısının iştirakı gözlənilir.
Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donald Tramp 2016-cı ilin noyabr ayının 8-də seçkilərdə Hillari Klintana qalib gələrək prezident seçilib.
Donald Trampın inauqurasiyası 2017-ci ilin yanvar ayının 20-də baş tutacaq.
N.O.
www.oxu.az