11 
Yan
2017
11:56
44
95
3905
Virtual karabakh

İrəvanda qalmaqal: Sarkisyan baş nazirə arayış vermir

11 Yan, 2017
11:56
3905

İrəvanda qalmaqal: Sarkisyan baş nazirə arayış vermir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın hakim Respublika Partiyası baş nazir Karen Karapetyana son 5 ildə onun ölkə ərazində yaşamasına dair arayışın təqdim olunması problemini həll edə bilmir. 

Oxu.Az-ın AzVision.az-a istinadən verdiyi xəbərinə görə, bu barədə “Jamanak” məlumat verir. 

Məlumata əsasən, arayış baş nazirin adının aprelin 2-nə təyin olunan parlament seçkilərində namizədlərin proporsional siyahısına daxil edilməsi üçün lazımdır. 

“Karen Karapetyan birmənalı olaraq saxta arayışla parlamentə keçiriləcək seçkilərdə namizəd olmaqdan imtina edib. O, hakim partiyanın seçkiöncəsi kampaniyasına görə məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bildirib, lakin eyni zamanda saxtakarlığa getməyəcəyini deyib. Belə görünür ki, nə Karen Karapetyan, nə də prezident Serj Sarkisyanın adının partiyanın proporsional siyahıya daxil edilməməsi haqqında razılıq əldə olunub. Hazırda siyahıya bu məmurların - müdafiə naziri Viqen Sarkisyan, İrəvan meri Taron Markaryan və ədliyyə naziri Arpine Ovannisyanın adının daxil edilməsi müzakirə olunur. Bu halda Serj Sarkisyan Respublika partiyasının seçki qərargahına rəhbərlik edə bilər”, - deyə qəzet yazıb.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri