11 
Yan
2017
21:26
95
158
2877
Virtual karabakh

Tramp ABŞ-a edilən haker hücumlarında Rusiyanın əli olduğunu etiraf edib

11 Yan, 2017
21:26
2877

Tramp ABŞ-a edilən haker hücumlarında Rusiyanın əli olduğunu etiraf edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-a qarşı Rusiyadan başqa digər ölkələr də kiberhücumlar törədir.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Nyu-Yorkda keçirdiyi mətbuat konfransında Donald Tramp bəyan edib.

“Düşünürəm ki, son hücumlar Rusiya tərəfindən həyata keçirilib. Lakin ABŞ-a qarşı digər ölkələr  və şəxslər də kiberhücumlar törədir”, deyə D.Tramp bildirib.

O həmçinin qeyd edib ki, Rusiya tərəfi ilə münasibətlərin yaxşılaşdırılmasını müsbət amil kimi qiymətləndirir: “Misal üçün, Rusiya bizə İŞİD-lə mübarizədə kömək edə bilər. Əgər Putinin Trampdan xoşu gəlirsə, bu nöqsan yox, üstünlükdür. Ümid edirəm ki, biz dost olacağıq, buna şanslarımız az deyil”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri