17 
Fev
2017
17:19
27
389
2057
Virtual karabakh

Qazaxıstanda hərbçilər qar uçqunu altında qaldılar: Ölənlər var – YENİLƏNİB

17 Fev, 2017
17:19
2057

Qazaxıstanda hərbçilər qar uçqunu altında qaldılar: Ölənlər var – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanın cənubunda qar uçqunu altından xilas olan hərbçilərin sayı 16 nəfərə çatdı.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Qazaxıstan DİN-in Fövqəladə Hallar Komitəsinin nümayəndəsi Ruslan İmankuliyev bildirib.    

“Xilas olanların sayı 10-dan 16-ya çatıb, Ölənlərin sayı əvvəlki kimi 7 nəfərdir”, - o deyib.

Daha öncə Qazaxıstanın Müdafiə Nazirliyi hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyi barədə məlumat yaymışdı.

16:38

Qazaxıstanın cənubunda qar uçqunu baş verən ərazidə ölənlərdən yeddisinin meyiti tapılıb.  

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Qazaxıstan DİN-in Fövqəladə Hallar Komitəsinin nümayəndəsi Ruslan İmankuliyev bildirib.     

O, həmçinin on nəfərin xəsarət aldığını bildirib. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Daha öncə Qazaxıstanın Müdafiə Nazirliyi hərbi təlimlərin keçirildiyi Jambılsk vilayətinin Koksay dərəsində qar uçqunu baş verib. Hərbi hissənin hərbçiləri qar uçqunu altında qalıblar. 

15:08

Qazaxıstanın cənubunda hərbi təlimlər zamanı qar uçqunu baş verib, axtarış-xilasetmə işləri aparılır. 

Oxu.Az xəbər verir ki, bu haqda respublikanın Müdafiə Nazirliyi məlumat yayıb. 

“Koksay Jambılsk vilayətində hərbçilərin təlimi zamanı gözlənilmədən qar uçqunu baş verib”, - məlumatda deyilir. 

Nazirlikdən qeyd ediblər ki, hadisə yerində axtarış-xilasetmə işləri aparılır.  

Regional “Cənub” komandanlığında əməliyyat qərargahı yaradılıb. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri