17 
Fev
2017
18:20
31
103
1568
Virtual karabakh

Seçkiqabağı sorğularda Şults ilə Merkel arasında fərq azalır

Almaniya vətəndaşlarının əksəriyyəti kansler postunda Nazirlər Kabinetinin hazırkı rəhbəri Angela Merkeldən çox, Sosial Demokrat Partiyasının namizədi Martin Şultsu görmək istəyirlər. 

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ZDF telekanalının sifarişi ilə “Forschungsgruppe Wahlen”in keçirdiyi sorğunun nəticələri göstərir. 

Belə ki, əgər kansler birbaşa səsvermə yolu ilə seçilsəydi, Şultsa 49%, Merkelə isə 38% seçici səs verərdi. 38% seçici isə namizədlər arasında fərq görmədiklərini deyiblər. Kanalın məlumatına görə, bu Sosial Demokrat Partiyasının namizədi üçün irəliləyişdir, yanvar ayında ZDF-nin sorğuda iştirak edənlərin 44%-i Merkelin, 40%-i isə Şultsun tərəfində olduqlarını bildirmişdilər. Sosial Demokrat Partiyasının namizədinin tərəfdarlarının sayı artsa da, sorğuda iştirak edənlərin 71%-i Merkelin öz vəzifəsinin öhdəsindən gəldiyini, 24%-i isə əksini bildiriblər.

Bundestaqda seçkilər 24 sentyabrda baş tutacaq. Seçkilərin nəticələrinə görə, kansler başda olmaqla yeni hökumət təşkil ediləcək. 

N.O.
www.oxu.az

Digər Dünya xəbərləri