17 
Mar
2017
09:28
14
93
939
yuxarı
Meksikada polislə cinayətkarlar arasında atışma: 5 nəfər öldürülüb
17 Mar, 2017
09:28
939
14
93
Meksikada polislə cinayətkarlar arasında atışma: 5 nəfər öldürülüb
Meksikanın Xalisko ştatının Xokotepek şəhərində cinayətkarlarla polis əməkdaşları arasında atışma baş verib, hadisə nəticəsində beş nəfər ölüb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ştatın baş prokurorluğu məlumat yayıb.
Məlumata görə, quldurlar şəhər yaxınlığındakı magistral yolda polis patruluna hücum ediblər. Nəticədə asayiş keşikçiləri ilə cinayətkarlar arasında atışma baş verib.
İlkin məlumatlar göstərir ki, atışma zamanı öldürülənlərin hamısı cinayətkarlardır. Lakin bir neçə quldur qaçıb gizlənməyə müvəffəq olub. Hazırda onların axtarışı davam edir.
Polis əməkdaşları hadisə yerində cinayətkarlara məxsus bir neçə avtomobil və silahı müsadirə ediblər.
N.О.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
23 
Apr
2024
09:14
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırlar
71
27
1948
23 
Apr
2024
07:33
Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA
7
44
1853