17 
Mar
2017
10:11
164
14
1788
Virtual karabakh

ABŞ-da erməni “pul yumaqda” təqsirli bilinib

17 Mar, 2017
10:11
1788

ABŞ-da erməni “pul yumaqda” təqsirli bilinib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da federal məhkəmə “Wells Fargo” bank təşkilatının erməni əsilli meneceri Albert Yaqubyanı 1,66 mln. dollar vəsaitin “yuyulması”nda təqsirli bilib.   

Oxu.Az news.am-a istinadən xəbər verir ki, bu barədə “Los Angeles Times” ABŞ Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Hökmün mayın 22-də elan ediləcəyi bildirilir.

Daha öncə Amerikanın “Wells Fargo” bank şirkətinin sabiq meneceri Albert Yaqubyanın 1,66 milyon dollar həcmində pulun “yuyulması”nda yardıma görə həbs edildiyi barədə məlumat yayılmışdı.  

İttihama əsasən, Albert Yaqubyan iki il ərzində Qlendeylin iki sakini Artaşes DarbinyanOrbel Akopyanla sövdələşməyə girərək, pul vəsaitlərini bank vasitəsilə “yumağa” kömək edib. Dələduzlar əldə etdikləri vəsaitlərin bir hissəsini qızıl sikkələrə yatırıblar. 

Bir müddət öncə Artaşes Darbinyan və Orbel Akopyan dələduzluğa görə məhkum olunublar. İş üzrə məhkəmə prosesi bu ilin sentyabrında başlayacaq. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri