18 
Mar
2017
14:23
186
100
2731
Virtual karabakh

Paris aeroportunda silahlı insident

18 Mar, 2017
14:23
2731

Paris aeroportunda silahlı insident

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın paytaxtı Parisdə Orli hərbi hava limanında xidməti vəzifəsini yerinə yetirən hərbçilərə naməlum silahlı şəxs hücum etməyə səy göstərib.

Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, təkbaşına fəaliyyət göstərən kişi hərbçilərə hücum edib. O, hərbçilər tərəfindən hadisə yerində zərərsizləşdirilib.

Polis tərəfindən hava limanında axtarış aparılır. Hadisənin terror olub-olmadığı araşdırılır.

Bundan əlavə, Fransa Daxili İşlər Nazirliyi Parisin şimalında polis məntəqəsinə silahlı hücum barədə məlumat yayıb. Hücum nəticəsində üç polis əməkdaşı yaralanıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri