19 
Mar
2017
20:24
297
42
2174
Virtual karabakh

Əfqan əsgər amerikalı hərbçiləri atəşə tutub, 3 nəfər yaralanıb

19 Mar, 2017
20:24
2174

Əfqan əsgər amerikalı hərbçiləri atəşə tutub, 3 nəfər yaralanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfqanıstan silahlı qüvvələrinin əsgəri NATO-nun Hilmənd əyalətində yerləşən bazasında amerikalı hərbçilərə atəş açıb, üç nəfər yaralanıb.

Oxu.Az  Report-a istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının Əfqanıstanda "Qəti dəstək" əməliyyatının məlumatında bildirilir.

Hilmənd əyalətində əfqan əsgərin atəş açması nəticəsində üç ABŞ hərbçisi yaralanıb. Hərbçilərə tibbi yardım göstərilib, - deyə əməliyyatın Twitter səhifəsində qeyd olunur.

Reuters-in məlumatına görə, Əfqanıstan silahlı qüvvələrinin nümayəndəsi bildirib ki, əfqan əsgər cavab atəşi ilə öldürülüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri