19 
Apr
2017
14:55
198
16
3782
Virtual karabakh

Türkiyədə kişi silahlı cinayətkardan pomidorlar ilə müdafiə olundu – VİDEO

19 Apr, 2017
14:55
3782

Türkiyədə kişi silahlı cinayətkardan pomidorlar ilə müdafiə olundu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Şanlıurfa şəhərində tərəvəz satan kişi odlu silahı olan cinayətkardan canını pomidorların köməyi ilə qurtarıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. 

Hücumun kadrları müşahidə kameralarına düşüb. 

Silahlı cinayətkar satıcını hədələyib. Özünü itirməyən tərəvəz satıcısı ona pomidor atmağa başlayıb. Onun cəsarətinə mat qalan cinayətkar bir neçə uğursuz atəşdən sonra hadisə yerindən qaçıb. 

“Məşğul idim, gözləmədiyim anda qarşıma çıxdı. Silahı mənə tuşladıqdan sonra ona pomidor atdım, gözündən dəydi, nəticədə tarazlığı itirdi və atəş açdı”, - satıcı Mehmet Tosun bildirib. 

Cinayətkar satıcının keçmiş kürəkəni olub. Polis hadisəni araşdırır. 


 
N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri