19 
Apr
2017
17:58
18
188
2534
yuxarı
Moskvada azərbaycanlı həmvətənlisinin avtomobilinə atəş açıb
19 Apr, 2017
17:58
2534
18
188
Moskvada azərbaycanlı həmvətənlisinin avtomobilinə atəş açıb
Moskvada Şimali Butovo rayonunda başqasının avtomobilinə travmatik tapançadan atəş açmaqda şübhəli bilinən şəxs polislər tərəfindən saxlanılıb.
Oxu.Az “Moskva” agentliyinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarında olan mənbənin sözlərinə görə, hadisəyə şahid olan şəxs polisə müraciət edərək bildirib ki, “Audi A8” avtomobilini idarə edən naməlum şəxs “Toyota Camry” avtomobilinə tapançadan atəş açaraq hadisə yerindən qaçıb.
Keçirilən əməliyyat nəticəsində 35 yaşlı azərbaycanlı saxlanılıb. Bir müddət sonra polisə 47 yaşlı azərbaycanlı müraciət edərək bu hadisədə zərərçəkən tərəf olduğunu bildirib.
Fakt üzrə yoxlama aparılır, şübhəli bilinən şəxs saxlanılıb.
N.О.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
25 
Apr
2024
13:40
Ermənistan daimi sülh üçün özündə güc tapıb real addımlar atmalıdır - RƏY + FOTO
46
4
269
25 
Apr
2024
12:36
ABŞ kəşfiyyatı İranın hücumuna cavab olaraq İsrailə üç variant təklif etdi
64
26
1244