20 
Apr
2017
15:18
18
187
9221
Virtual karabakh

Ər və arvad aeroportda əlbəyaxa oldular – VİDEO

20 Apr, 2017
15:18
9221

Ər və arvad aeroportda əlbəyaxa oldular – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin Kunmin şəhərindəki “Çanşuy” hava limanı ər və arvadın əlbəyaxa dava məkanına çevrilib. Belə ki, ötən gün Çendu şəhərinə uçmalı olan təyyarənin hərəkət zolağında çinli cütlük əsəblərinə hakim ola bilməyiblər.

Oxu.Az faktxeber.com-a istinadən xəbər verir ki, aralarındakı narazılığa məhz təyyarənin pilləkəninə qalxan zaman aydınlıq gətirən cütlük ardınca əlbəyaxa davaya keçiblər.

Yerə yıxılmasına ərinin köynəyini cırmaqla cavab verən qadının sakitləşməməsi təyyarənin uçuşunu 30 dəqiqə ləngidib. Ardınca məsələyə müdaxilə edən polis əməkdaşları hər iki şəxsi saxlayaraq mübahisəyə son qoyublar.

İ.N

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri