20 
Apr
2017
15:42
21
163
2748
Virtual karabakh

Saakaşvili Putin ilə əməkdaşlıqda ittiham edilir

20 Apr, 2017
15:42
2748

Saakaşvili Putin ilə əməkdaşlıqda ittiham edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Odessa vilayətinin sabiq qubernatoru Rusiya prezidenti Vladimir Putinə işləməkdə ittiham edilir. 

Oxu.Az xəbər verir ki, bu barədə Ali Radanın “Petr Poroşenko Bloku”dan olan deputat Oleq Barna ZİK telekanalının “Druqaya Ukrayna” tok-şousunun birbaşa efirində deyib. Həmin verilişin aparıcısı Saakaşvilinin özüdür. 

“İndi belə çıxır ki, prezidentə qarşı Putin ilə birləşirlər. Bu sizə yaraşmır”, - Barna deyib. 

Cavab olaraq Saakaşvili qəzəblənib və qışqırıb. O qeyd edib ki, rusiyalı lider ilə “birləşmək” onun üçün yolverilməzdir. 

“Mənim Rusiyada fabrikim yoxdur, bu ölkə ilə ticarət aparmıram. Putin məni öldürmək istədiyini deyib. Nə Poroşenko, nə də siz mənə Putin ilə işlədiyimi deyə bilməzsiniz. Putin məni düşmən hesab edir, mən Putin ilə mübarizə aparıram”, - Gürcüstanın sabiq prezidenti bildirib. 

Saakaşvili teleaparıcı karyerasına martda başlayıb. Onun sözlərinə görə, “Druqaya Ukrayna” verilişi ölkəni heç kimin göstərmədiyi kimi göstərəcək. 

Saakaşvili 2015-ci ilin may ayından 2016-cı ilin noyabr ayına qədər Odessa vilayətinin qubernatoru olub. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri