21 
Apr
2017
13:30
8
54
1409
Virtual karabakh

Avropa Parlamentinin prezidenti “Brexit”in ləğvinin mümkünlüyündən danışdı

21 Apr, 2017
13:30
1409

Avropa Parlamentinin prezidenti “Brexit”in ləğvinin mümkünlüyündən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İyunun 8-də keçiriləcək seçkilərdə britaniyalılar qərarlarını dəyişsələr, Avropa İttifaqı “Brexit”in icrasına başlayan Böyük Britaniyanı yenidən məmnuniyyətlə geri qəbul etməyə hazırdır”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Məlumata əsasən, Avropa Parlamentinin prezidenti Antonio Tayaninin fikrincə, seçkilərdən sonra Birləşmiş Krallıq hökumətində dəyişiklik olarsa və hakimiyyətə ölkənin Aİ-də qalmasını dəstəkləyən qüvvələr gələrsə, “Brexit”i asanlıqla ləğv etmək olar. 

O, “Brexit”in icrası zamanı Böyük Britaniyada Aİ vətəndaşlarının insan haqlarının müdafiəsinin tam təmin edilmədiyi halda, “Brexit” çərçivəsində qəbul edilən istənilə razılaşmaya veto qoya biləcəklərini söyləyib.

Qeyd edək ki, aprelin 19-da Britaniya parlamenti ölkədə növbədənkənar ümumi seçkilərin keçirilməsi barədə hökumətin təklifini dəstəkləyib.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri