21 
Apr
2017
13:12
24
128
1515
Virtual karabakh

Amerikalıların cəmi 41%-i Trampın fəaliyyətini bəyənir

21 Apr, 2017
13:12
1515

Amerikalıların cəmi 41%-i Trampın fəaliyyətini bəyənir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ vətəndaşlarının cəmi 41 faizi prezident Donald Trampın fəaliyyətini bəyənir.

Oxu.Az-ın APA-ya istinadla verdiyi məlumatına görə, bu barədə "Gallup" şirkətinin apardığı sorğunun nəticələrində qeyd olunur.

İlin ilk rübünü əhatə edən sorğunun nəticələri indiyədək müvafiq fəaliyyət dövrü zamanı ABŞ prezidentləri arasında qeydə alınan ən aşağı göstəricidir. Müqayisə üçün deyək ki, sabiq prezident Barak Obamanın prezidentlik dövrünün ilk dörd ayı nəticəsində onun reytinqi 63 faiz olub. 

Donald Trapmdan əvvəl ən qeyri-populyar lider - Bill Klitnonun müvafiq dövr üzrə fəaliyyətini amerikalıların 55 faizi dəstəkləyib. ABŞ prezidentləri arasında bu göstəriciyə görə ən yüksək reytinq Con Kennediyə məxsusdur. Amerikalıların 74 faizi C. Kennedinin fəaliyyətini bəyənib. 

Sorğunun nəticələri D.Trampın yanvarın 20-dən aprelin 19-dək olan fəaliyyətini əhatə edib. Ötən ay D. Trampın reytinqi vəzifəsinin icrasına başladıqdan sonra ən minimal səviyyəyə düşüb - 37 faiz. Fevral ayında bu göstərici 72 faiz olub. Amerikalıların əksəriyyəti D. Trampın fevralın 28-də Konqresdəki ilk çıxışından razı qalıb.

S.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri