21 
Apr
2017
18:20
129
61
2555
Virtual karabakh

Ermənistanın sabiq müdafiə naziri Rusiyaya köçür

21 Apr, 2017
18:20
2555

Ermənistanın sabiq müdafiə naziri Rusiyaya köçür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan bu günlərdə Rusiyaya gedib. Onun Ermənistanı birdəfəlik tərk edəcəyi bildirilir.

Oxu.Az AzVision.az-a istinadla xəbər verir ki, bu barədə “Jamanak” nəşri məlumat yayıb.

İddia olunur ki, Ohanyan Rusiyada keçirdiyi görüşlərdən sonra siyasi platforma ilə vidalaşacaq və bu ölkədə yaşayacaq. Hətta Ohanyanın Rusiya ordusunda xidmət edəcəyi də istisna edilmir.

Məlumata görə, Ohanyan vaxtilə həmkarı olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə sıx təmasdadır.

Digər bir iddiaya görə, Ohanyan rus ordusunun təhsil müəssisələrinin birinə rəhbərlik edəcək.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri