May
2017
11:42
55
109
3719
Virtual karabakh

Şimali Koreya ballistik raketlərinin hədəfini açıqlayıb

2 May, 2017
11:42
3719

Şimali Koreya ballistik raketlərinin hədəfini açıqlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şimali Koreyanın hərbi başlıqlarla təchiz edilmiş strateji raketlərinin final hədəfi ABŞ-ın materik hissəsidir. 

Oxu.Az xəbər verir ki, bu barədə Şimali Koreyanın “Rodong Shinmun” qəzeti məlumat yayıb. 

“Zərbə amansız cəza olacaq və ABŞ-ın sonu olacaq”, - mayın 2-də saytda dərc edilmiş məqalədə deyilir. 

Jurnalistlərin fikrincə, ABŞ prezidenti Donald Trampın təyyarədaşıyan gəmilərin Koreya yarımadasına yan almasına dair qərarı – “nüvə müharibəsini qızışdıran hərbi manyakların ağılsız davranışıdır”. 

Xatırladaq ki, aprelin əvvəlində ABŞ-ın HDQ-nin zərbə qrupu “Karl Vinson” gəmisi başda olmaqla Koreya yarımadasına istiqamət götürmüşdü. Bu, ABŞ-ın regionda öz iştirakını təmin etmək üçün atılan addım idi. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri