May
2017
11:55
88
29
5426
Virtual karabakh

ABŞ-da yeni “Green-card” buraxıldı

2 May, 2017
11:55
5426

ABŞ-da yeni “Green-card” buraxıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 1-dən ABŞ-ın Vətəndaşlıq və Miqrasiya Xidməti saxta kartlardan müdafiə sistemi olan “Green-card”ların buraxılışına başlayıb. 

Oxu.Az xəbər verir ki, bu barədə “Qolos Ameriki” məlumat yayıb.

Yeni “Green-card”ların özəlliyi unikal qrafika və rəng palitrası, Azadlıq heykəlinin təsviri, yaşıl rəngin üstünlüyü, holoqrafik təsvir, eləcə də kartın sahibinin hər iki tərəfdəki şəkilinin olmasıdır. 

Qeyd edilir ki, yeni kartlarda sahibin imzası və arxa tərəfdəki optik zolaqlar olmayacaq. 

Dizaynın dəyişməsi miqrasiya qanunvericiliyinin yerinə yetirilməsinə nəzarətin və fırıldaqçılıqla mübarizənin güclənməsi üzrə proqramın bir hissəsidir. 

Yeni “Green-card”lar rəsmi olaraq mayın 1-dən dövriyyəyə buraxılıb, amma müəyyən müddət ərzində nüsxəsi bitənə qədər köhnə kartlar təqdim ediləcək. “Green-card”ların verilmə prinsipləri əvvəlki kimi qalır. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri