18 
May
2017
00:01
135
42
8897
Virtual karabakh

Dünyanın ən bahalı torpaq sahəsi satılıb

18 May, 2017
00:01
8897

Dünyanın ən bahalı torpaq sahəsi satılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən bahalı torpaq sahəsi Honkonq hökuməti tərəfindən hərracda rekord üç milyard dollara satılıb.

Oxu.Az “South China Morning Post” nəşrinə istinadən xəbər verir ki, Honkonqun mərkəzində yerləşən sahəyə görə “Henderson Land” daşınmaz əmlak şirkətinin təklif etdiyi məbləğ, ekspertlərin gözləntilərindən də çox olub.

Mütəxəssislər bu torpaq sahəsini 2-2,8 milyard dollar məbləğində qiymətləndirmişdilər. 

Hərracda “Henderson Land” kompaniyasından başqa, aralarında Çinin materik hissəsindən də olan daha 8 şirkət iştirak edib.

Hazırda həmin ərazidə beşmərtəbəli avtomobil dayanacağı yerləşir. Şirkət 2022-ci ilədək həmin ərazini təmizləyərək yüksək səviyyəli biznes mərkəzi inşa etməyi planlaşdırır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri